Azərbaycan millisinə çağırılması gündəmdə olan Orkun Kökçü klubunu dəyişməyə hazırlaşır. Matç.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, "Feyenoord"un yarımmüdafiəçisi "Beşiktaş"ın formasını geyinməyə çox yaxındı.

18 yaşlı orta sahə oyunçusu ilə İstanbul nəhəngi arasında danışıqlar müsbət yekunlaşıb. O, "ağ-qaralar"ın 4 illik müqavilə təklifini qəbul edib. "Beşiktaş" əgər "Feyenoord" rəhbərliyini razı sala bilsə, bu keçid mövsümün sonunda gerçəkləşəcək. çünki gənc oyunçunun Hollandiya təmsilçisi ilə 2020-ci ilə qədər sözləşməsi var.

Qeyd edək ki, Orkun Kökçünün böyük qardaşı Ozan Can Kökçü Azərbaycanın U-21 yığmasının üzvüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest