Futbol üzrə Fransa çempionatının 21-ci turu çərçivəsində keçirilməli olan "Nim" – "Loryan" matçı təxirə salınıb.
 
Matc.az xəbər verir ki, bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb.
 
Qarşılaşmanın təxirə salınmasına "Loryan"da koronavirusa kütləvi yoluxma səbəb olub. Hansı ki, bu komandanın 11 oyunçusunda COVİD-19 aşkarlanıb. Bu üzdən "Loryan"ın "Dijon"la matçı da təxirə salınmışdı.
 
Qeyd edək ki, "Nim" – "Loryan" matçı yanvarın 24-də keçirilməli idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest