Türkiyənin "Göztəpə" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra ünal Karaman çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 54 yaşlı mütəxəssislə 2.5 illik müqavilə imzalanıb.
 
Türkiyə yığmasında da işləmiş ünal Karaman, "Konyaspor", "Ankaragücü", "Adana Demirspor", "Şanlıurfaspor", "Karabükspor", "Trabzonspor" və "Rizəspor" klublarına baş məşqçilik edib. O, "Göztəpə"də bir neçə gün öncə istefaya göndərilən İlhan Palutu əvəz edib.
 
"Göztəpə" bu mövsüm Super Liqada keçirdiyi 19 oyuna 25 xal toplayıb və 21 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest