"özil rahat mühitə ehtiyacı olan insandı. Əminəm ki, Türkiyə bu baxımdan ona çox uyğundu". Matc.az xəbər verir ki, bunu "Arsenal" klubunun sabiq baş məşqçisi Arsen Venger deyib.

özilin London klubunu tərk edib, "Fənərbaxça"ya keçidinə münasibət bildirən təcrübəli mütəxəssisin fikrincə, Məsutun daha yaxşı formada olması üçün 3-4 oyuna ehtiyac var: "O, hücumçuların fərqlənməsi üçün şans yarada bilər. "Fənərbaxça" bundan yaxşı istifadə etməyi öyrənsə, ardıcıl çempionluq şansı qazanacaq.

Məsut meydanda hansı vəziyyətlə qarşılaşsa da, doğru qərar seçər. Bunu çox yaxşı bacarıq. Fiziki forması qaydasındadırsa, özilin daha yaxşı formada olması üçün 3-4 oyuna ehtiyac var. Rəqibin boş zonalarını tez görür, tez bir zamanda düzgün qərar verir və meydandakı vəziyyəti dərhal qiymətləndirir.

Bu keyfiyyət futbolda nadir hallarda müşahidə olunur. özilin transferi yanvarda ən səsli keçid olacaq, çünki futbol dünyası indi sakitdir".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest