Fransanın "Canal+" televiziyası yeni sənədli filmin treylerini təqdim edib. Matç.az saytının məlumatına görə, film futbolda irqçilik mövzusundan bəhs edir.

Məşhur futbolçuların rol aldığı ekran əsərinin həmmüəlliflərindən biri Olivye Dakurdur. Filmdə həmçinin Samuel Umtiti, Samuel Eto, Patrik Vieyra, Mario Balotelli kimi qaradərili futbolçular oynayıblar.

FİFA prezidenti Canni İnfantino da filmin qəhrəmanlarından biridir.

Qeyd edək ki, "Mən meymun deyiləm" adlı ekran əsəri yanvarın 6-da efirə çıxacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest