Almaniyanın "Şalke" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Ayaks"ın hücumçusu Klaas-Yan Huntelaarı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əvvəllər də "Şalke"də oynamış niderlandlı forvardla mövsümün sonuna qədər müqavilə imzalanıb.
 
37 yaşlı futbolçu 2010-2017-ci illər aralığında məhz Almaniya klubunun uğurları üçün çalışmışdı. O, karyerası ərzində "Real", "Milan" və PSV klublarının da formasını geyinib. Huntelaar milli komandada 76 oyuna 42 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest