Futbol üzrə Fransa çempionatında 20-ci tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
Lider Lion "Olimpik"i doğma meydanda "Mets"lə qarşılaşıb və məğlubiyyətlə üzləşib.
 
"Lill" isə "Reyms"i qəbul edib. Meydan sahibləri bu oyunda qələbə qazanaraq bir gün öncə zirvəni ələ keçirən PSJ-yə şərik olub.
 
Bu turun "Loryan" – "Dijon" matçı koronavirusa görə təxirə salınıb.
 
Fransa Liqa 1
20-ci tur
15 yanvar
 
Monpelye – Monako 2:3
Qol: Vahi, 64. Delor, 69 – Folland, 24. Ben Yedder, 35; 61-pen.
 
16 yanvar
 
Olimpik (Marsel) – Nim 1:2
Qol: Benedetto, 85 – Eliasson, 55; 58.
 
Anje – PSJ 0:1
Qol: Kurjava, 70.
 
17 yanvar
 
Brest – Renn 1:2
Qol: Honorat, 4 – Buriqe, 7. Qrenye, 77-pen.
 
Nant – Lans 1:1
Qol: Louza, 36 – Kakuta, 81.
 
Nitsa – Bordo 0:3
Qol: Huanq, 50. Baysse, 75. Basiç, 87.
 
Strasburq – Sent-Etyen 1:0
Qol: Ayorke, 29.
 
Lill – Reyms 2:1
Qol: Bamba, 48. David, 90+1 – Zeneli, 36.
 
Olimpik (Lion) – Mets 0:1
Qol: Leya, 90.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest