"Sevindirici haldır ki, son oyunda iki qol vurdum, komandaya köməyim dəydi. Bu cür oyunumuz məşqlərdən irəli gəlir. Orda etdiklərimizi matçlarda təkrarlamağa çalışırıq".

"Hazırlığımız yaxşı gedir. Məşqçilərin tapşırığını düzgün yerinə yetirməyə çalışırıq. Əlimizdən gələni edirik ki, məqsədimizə çataq".
 
Matc.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Tallison Dias klubun telekanalına açıqlamasında təlim-məşq toplanışı barədə danışarkən deyib.
 
Braziliyalı müdafiəçisinin sözlərinə görə, indiki məqamda Bakıda qalıb hazırlıq keçmək daha yaxşıdır:
 
"Bütün komanda buradakı mühitə adaptasiya olunub. Bu, bizim üçün daha faydalı olacaq".
 
"Keşlə" ilə yoxlama matçında (4:3) dubl edən Tallison, komandaya kömək etdiyi üçün şad olduğunu bildirib:
 
"Sevindirici haldır ki, son oyunda iki qol vurdum, komandaya köməyim dəydi. Bu cür oyunumuz məşqlərdən irəli gəlir. Orda etdiklərimizi matçlarda təkrarlamağa çalışırıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest