“Neftçi”nin əvəzedici komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
 
Matc.az xəbər verir ki, baş məşqçi Mahmud Qurbanovun yetirmələri "Keşlə-2” ilə qarşılaşıb.
 
"Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan və "Neftçi TV” vasitəsilə canlı yayımlanan matçda heç-heçə qeydə alınıb – 1:1. 
 
Hesabı 39-cu dəqiqədə “Neftçi”nin hücumçusu Nicat Musayev açıb. Bundan 5 dəqiqə sonra təhlükəni sovuşdurmaq istəyən Nihad Qurbanlı avtoqola imza atıb.
 
Qeyd edək ki, yanvarın 11-dən "Türk Hava Yolları Futbol Mərkəzi”ndə təlim-məşq toplanışında olan "Neftçi-2” növbəti sınaq matçını "Sumqayıt-2”yə qarşı keçirəcək. Yanvarın 22-də "Kapital Bank Arena”da baş tutacaq oyun saat 14:00-da start götürəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest