“Keşlə”nin sabiq futbolçusu Franko Floresin yeni klubu məlum olub.
 
Matc.az xəbər verir ki, 28 yaşlı müdafiəçi “Real Espanya” klubuna keçib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Floreslə bir illik müqavilə imzalanıb.
 
Franko Flores 2019/2020 mövsümündə “Keşlə”də çıxış edib.
 
Flores 2020-ci ilin yayında “Keşlə”dən ayrıldıqdan sonra oktyabrda Yunanıstan təmsilçisi “Doxa”ya keçsə də, orada heç bir rəsmi matça çıxmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest