Türkiyənin “Rizəspor” klubunun daha bir futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə COVİD-19 testi pozitiv çıxan bir futbolçunun karantinə alındığı diqqətə çatdırılıb. Həmin oyunçunun adı açıqlanmayıb.
 
Bununla da “Rizəspor”da koronavirus testi müsbət nəticə verən futbolçuların sayı ikiyə çıxıb. Bir neçə gün öncə də bu klub bir oyunçusunun virusa yoluxduğunu açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest