Klublararası dünya çempionatında çempion bəlli olub. Matç.az saytının məlumatına görə, həlledici görüşdə Madrid "Real"ı ilə BƏƏ təmsilçisi "Al-Ayn" qarşılaşıb.

Görüş "kral klubu"nun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. İspanların heyətində Luka Modriç, Markos Llorente və Serxio Ramos fərqlənib. Bir qolu isə Yahya Nadir öz qapısından keçirib. Ərəblərin qoluna isə Tsukasa Şiotani imza atıb.

Qeyd edək ki, bu, "Real"ın ardıcıl 3-cü, ümumilikdə isə 4-cü dünya çempionluğudur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest