Türkiyənin "Sivasspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi "Kasımpaşa" ilə yollarını ayıran Ahmet Oğuzu transfer edib.
 
Bu barədə Sivas təmsilçisinin rəsmi saytı məlumat yayıb. 27 yaşlı sağ cinah müdafiəçisi ilə 1.5 illik müqavilə imzalanıb.
 
Ahmet Oğuz bu mövsümün əvvəlində "Kasımpaşa"ya transfer olunsa da, forma şansı qazanmırdı. O, 2014-2020-ci illər aralığında "Gənclərbirliyi"ndə çıxış edib.
 
Türk futbolçu Super Liqada meydana çıxdığı 119 oyunda 3 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest