2018-ci ildə ən çox məvacib alan futbolçuların adları açıqlanıb. Matç.az saytı xəbər verir ki, ən yüksəködənişili 5 oyunçudan 3-cü bu il klubunu dəyişib.

5-ci sırada yayda "Barselona"dan ayrılaraq Yaponiya klubu "Vissel Kobe"yə keçən Andres İnyesta qərarlaşıb. 34 yaşlı yarımmüdafiəçinin yeni komandasında illik maaşı 25 milyon avrodu.

Bu ilin yanvarında "Arsenal"ı "Mançester Yunayted"ə dəyişən Aleksis Sançes Premyer Liqada ən çox pul qazanan futbolçudu. çilili forvardın məvacibi 26 milyon avro təşkil edir.

"Real"da 9 fantastik mövsümdən sonra "Yuventus"un yolunu tutan Kriştianu Ronaldo "qoca sinyora"da ilinə 30 milyon avro qazanacaq. Bununla portuqaliyalı siyahıda 3-cü yerə yüksəlib.

ötən il rekord məbləğə "Barselona"dan PSJ-yə keçən Neymarın Fransa klubunda bir il üçün aldığı maaş 36 milyon avrodu.

2018-ci ildə ən yüksəködənişli futbolçu Lionel Messidi. "Barselona" ilə yeni müqavilə imzalayan argentinalının qazancı da artıb. 31 yaşlı oyunçunun kataloniyalılarda illik məvacibi 46 milyon avro təşkil edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest