Bu gün Azərbaycanın daha 3 cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən "World Masters" turnirində mübarizəyə qoşulacaq.
 
Matc.az xəbər verir ki, yarışın son günündə kişlərin mübarizəsində Zelim Kotsoyev və Elmar Qasımov (hər ikisi 100 kq), qadınlarda isə İrina Kindzerska (78+) medal qazanmağa çalışacaq.
 
Kotsoyev 1/16 finalda Ramazan Dərvişlə (Misir), Qasımov eyni mərhələdə Rafael Buzakarini (Braziliya) ilə üz-üzə gələcək.
 
Kindzerska isə 1/8 finalda Sandra Yablonskite (Litva) / Jasmin Qrabovski (Almaniya) görüşünün qalibi ilə qarşılaşacaq.
 
Qeyd edək ki, yanvarın 11-də Azərbaycanın 4 cüdoçusu medal qazana bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest