Futbol üzrə İngiltərə Premyer Liqasında 18-ci tura start verilib.
	Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
	Turun açılış matçında cari mövsümdə qələbəsi olmayan "Şeffild Yunayted" "Nyukasl"ı qəbul edib və minimal hesabla qalib gəlib. "Vulverhempton" da doğma meydanda "Everton"la üz-üzə gəlib. üç qolun qeydə alındığı bu görüşdə isə qonaqlar qələbəni bayram ediblər.
	Bu gün həm də 1-ci turdan təxirə salınmış "Bernli" – "Mançester Yunayted" matçı baş tutub. "Qırmızı şeytanlar" bu görüşdə minimal hesabla qələbə qazanıblar.
	Bu tur keçirilməli olan "Aston Villa" – "Tottenhem" matçı təxirə salınıb.
	İngiltərə Premyer Liqası
	1-ci turun oyunu
	
	
		 
		12 yanvar
	
	Bernli – Mançester Yunayted 0:1
	Qol: Poqba, 71.
	18-ci tur
	Şeffild Yunayted – Nyukasl 1:0
	Qol: Şarp, 73-pen.
	Vulverhempton – Everton 1:2
	Qol: Neves, 14 – İvobi, 6. Kin, 77.
	13 yanvar
	22:00 Mançester Siti – Brayton
	14 yanvar
	00:00 Arsenal – Kristal Pelas
	19 yanvar
	22:00 Vest Hem – Vest Bromviç
	00:15 Lester – çelsi
	20 yanvar
	22:00 Lids – Sauthempton
	00:15 Fulhem – Mançester Yunayted
	21 yanvar
	00:00 Liverpul – Bernli
				
         	
                                             
               
            
 







_1762260863.jpg)


