"Porto"nun müdafiəçisi Eder Militao karyerasını İspaniyada davam etdirə bilər. Matç.az saytının "A Bola"ya istinadən məlumatına görə, braziliyalı futbolçu "Real"ın maraq dairəsinsdədi.

Madrid təmsilçisi 20 yaşlı oyunçunun transferinin müzakirəsinə başlayıb. Yeganə problem "Mançester Yunayted"in də gənc futbolçu ilə maraqlanmasıdı. Bu ilin yayında "San Paulo"dan "Porto"ya keçən mərkəz müdafiəçisinin transferi "kral klubu"na 50 milyon avroya başa gələ bilər. çünki portuqaliyalılar onun satışından ən azı bu məbləği qazanmağı düşünürlər.

Qeyd edək ki, Eder Militao bu mövsüm "Porto"nun heyətində 15 oyun keçirib, 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest