2020/21 mövsümünün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" növbəti futbolçunun keçidini reallaşdırıb.
 
Matc.az xəbər verir ki, cənubi azərbaycanlı futbolçu Mehdi Şərifi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
 
Qeyd edək ki, Mehdi Şərifi ötən mövsüm "Sumqayıt"ın heyətində 16 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb. Şərifi karyerası ərzində "Sepahan" (74 oyun, 27 qol), "Traktorsazi" (37 oyun, 4 qol) və son olaraq isə "Persepolis" (4 oyun) klublarının da şərəfini qoruyub. 28 yaşlı futbolçu 2 dəfə İran çempionu (2014/15, 2018/19), 2 dəfə isə İran kubokunun qalibi olub (2012/13, 2018/19).
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest