"Keşlə" heyətində təmizləmə işlərinə başlayıb. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandadan ayrılan ilk oyunçuların adları açıqlanıb.

Paytaxt təmsilçisi 4 əcnəbisi ilə vidalaşdığını rəsmən bəyan edib. Bunlar Ebrima Sohna, Bahodir Nəsimov, Georgios Georgiadis və Herve Tçamidi. İlk 3 oyunçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Tçaminin isə sözləşmə müddəti başa çatıb və rəhbərlik onunla yeni müqaviləyə ehtiyac duymayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest