Madrid "Real"ının müdafiəçisi Dani Karvahal klubunu dəyişmək niyyətindədi. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu İspaniya millisinin üzvü özü deyib.

Ulduz futbolçu bildirib ki, ən böyük arzusu Premyer Liqada çıxış etməkdi: "İngiltərə Premyer Liqasında oynamağı çox istərdim. Bu təcrübəni yaşamaq əla olar. Ancaq digər tərəfdən karyeramı hazırkı klubuma həsr etməyim də pis olmaz. Qətər və çin variantına gəlincə, özümüzü aldatmayaq, ora ancaq pul üçün gedirlər. Premyer Liqada oynamaq arzum böyükdü. Görək necə olacaq".

Qeyd edək ki, Dani Karvahal bu mövsüm La Liqada 5 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest