"Sumqayıt"ın ilk iki qolunu 7-ci və 37-ci dəqiqələrdə Cavid İmamverdiyev, sonuncusunu isə kapitan Vurğun Hüseynov vurub. "Zirə"dən isə 36-cı dəqiqədə Davit Volkov, 90-cı dəqiqədə yeni transfer Musa Qurbanlı fərqlənib.

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına hazırlaşan "Zirə" və "Sumqayıt" komandaları yoxlama oyununda üz-üzə gəlib.
 
Matc.az xəbər verir ki, Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçirilmiş oyun "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:2.
 
"Sumqayıt"ın ilk iki qolunu 7-ci və 37-ci dəqiqələrdə Cavid İmamverdiyev, sonuncusunu isə kapitan Vurğun Hüseynov vurub. "Zirə"dən isə 36-cı dəqiqədə Davit Volkov, 90-cı dəqiqədə yeni transfer Musa Qurbanlı fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest