"Loc-Anceles Qalaksi"nin hücumçusu Zlatan İbrahimoviç komandasında qalmaq qərarına gəlib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Milan"a keçidi baş tutmayan 37 yaşlı forvard "Loc-Anceles Qalaksi" ilə yeni müqavilə imzalayıb.

Bununla o, MLS tarixinin ən yüksək ödənişli futbolçusuna çevrilib. Zlatanın illik məvacibi 7,5 milyon dollar təşkil edəcək. İsveçli superulduz Kaka ("Orlando" - 7,17 milyon avro) və Sebastyan Covinkonu ("Toronto" - 7,13 milyon avro) geridə qoyub.

Qeyd edək ki, Zlatan İbrahimoviç ötən mövsüm MLS-də 27 oyunda 22 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest