Futbol üzrə Braziliya yığmasının sabiq müdafiəçisi Maykon özünə yeni klub tapıb.
 
Matc.az xəbər verir ki, 39 yaşlı futbolçu İtaliyanın "Sona Kalçio" klubuna transfer olunub.
 
Bu barədə D Seriyasında mübarizə aparan klubun mətbuat xidməti məlumat yayıb. Maykonla imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Karyerası ərzində İtaliyada "İnter" və "Roma", İngiltərədə "Mançester Siti" kimi komandalarda forma geyinən Maykonun son ünvanı Braziliyanın "Villa Nova" klubu olub. Müdafiəçi Braziliya yığmasında 76 oyuna 7 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest