Futbol üzrə İspaniya La Liqasının 18-ci turu çərçivəsində keçirilməli olan "Atletiko" – "Atletik" matçı təxirə salınıb.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.
 
Qarşılaşmanın təxirə salınmasına qarlı hava şəraiti səbəb göstərilir. ötən gecədən yağan güclü qar matçın keçiriləcəyi "Vanda Metropolitano" stadionunun ot örtüyünü yararsız hala salıb. Matçın keçiriləcəyi yeni tarix məlum deyil.
 
"Atletiko" – "Atletik" matçının bu gün, saat 19:15-də keçirilməsi planlaşdırılırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest