Avropa çempionatının final mərhələsində iştirak hər komandaya 9,25 milyon avro qazandıracaq. Qrupdakı hər qələbəyə 1,5 milyon, heç-heçə isə 750 min avro gəlirlə qarşılanacaq.

UEFA AVRO-2020-nin mükafat fondunu açıqlayıb. Matç.az saytı xəbər verir ki, ümumi məbləğ 371 milyon avro təşkil edəcək.

Avropa çempionatının final mərhələsində iştirak hər komandaya 9,25 milyon avro qazandıracaq. Qrupdakı hər qələbə 1,5 milyon, heç-heçə isə 750 min avro gəlirlə qarşılanacaq. 1/8 finala vəsiqə qazanacaq yığmalara UEFA əlavə 2 milyon avro ödəyəcək. Həmçinin 1/4 finalçılar 3,25 milyon, yarımfinala adlayanlar 5 milyon avro əldə edəcək. Avropa çempionu əlavə 10 milyon qazanacaqsa, finalçıya 7 milyon avro veriləcək.

Qeyd edək ki, 12 şəhərdə keçiriləcək Avropa çempionatının final mərhələsinin 4 matçı Bakıda oynanılacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest