Futbol üzrə İspaniya La Liqasının 18-ci turu çərçivəsində baş tutan "Selta" ilə oyun "Vilyarreal" üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, qonaqlar bu görüşdə 4:0 hesabıyla qalib gəliblər.
 
Sözügedən komanda tarixində 3-cü dəfə səfərdə 4 top fərqi ilə qalib gəlib. "Vilyarreal" sonuncu dəfə 2005-ci ildə "Real Sosyedad"ı 4 cavabsız qolla məğlub edib.
 
Unay Emerinin başçılıq etdiyi kollektiv 18 turdan sonra 32 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest