İngiltərənin "Vest Bromviç" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Vest Hem"in şotland yarımmüdafiəçisi Robert Snodqrassı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı futbolçu ilə 1.5 illik müqavilə imzalanıb.
 
2017-ci ildən "Vest Hem"in uğurları üçün çalışan Snodqrass bu komandanın heyətində 85 oyuna çıxıb, 11 qol vurub. Şotlandiya yığmasında keçirdiyi 28 oyunda 7 qola imza atmış vinger, karyerası ərzində "Hall Siti", "Norviç Siti", "Lids", "Stirlinq Albion" və "Livinqston" klublarının da uğurları üçün çalışıb.
 
"Vest Bromviç" bu mövsüm Premyer Liqada 17 oyuna cəmi 8 xal toplayıb və 20 kollektiv arasında 19-cudur. Snodqrass autsayderin bu qış fasiləsi dönəmində ilk transferidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest