"Yuventus"un daha bir futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Turun klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə kollektivdən növbəti dəfə Covid-19 testinin götürüldüyü diqqətə çatdırılıb. Komanda üzvlərindən müdafiəçi Matteys de Liqtin testi pozitiv çıxıb. O, dərhal karantinə alınıb.
 
Xatırladaq ki, daha öncə "Yuventus"da Aleks Sandro və Xuan Kuadradoda da koronavirus aşkarlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest