"Əslində özümə də maraqlıdır ki, klublar niyə mənə təklif göndərmir. Düşünürəm ki, ötən il əlimə düşən fürsətü normal dəyərləndirə bilmişəm. Lap yaxşı çıxış etdiyimi deyə bilmərəm, amma "Zirə"də pis oynamırdım"

"Hələlik klubsuzam. Mənə hər hansı təklif də gəlməyib. Səbr edirəm, necə olacağını zaman göstərəcək".
 
Matc.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın və "Zirə"nin sabiq futbolçusu Nicat Süleymanov deyib.
 
2020-ci ilin yayında "Zirə"dən icarədən qayıdan və Ağdam təmsilçisi ilə müqaviləni ləğv edən 23 yaşlı yarımmüdafiəçi 6 ay klubsuz qalmasına münasibət bildirib: "Əslində özümə də maraqlıdır ki, klublar niyə mənə təklif göndərmir. Düşünürəm ki, ötən il əlimə düşən fürsətü normal dəyərləndirə bilmişəm. Lap yaxşı çıxış etdiyimi deyə bilmərəm, amma "Zirə"də pis oynamırdım. ümid edirəm ki, tezliklə klub tapacağam. Bu yaşda futboldan getmək istəmirəm. Peşəmi çox sevirəm".
 
Qeyd edək ki, Nicat Süleymanov 2019/20 mövsümündə "Zirə"nin heyətində 13 oyuna çıxıb və 4 qol vurub. Həmin mövsüm koronavirus pandemiyası səbəbindən 20-ci turda yarımçıq dayandırılıb. "Zirə" turnir cədvəlini 20 xalla 4-cü pillədə bitirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest