"Yuventus"un futbolçusu Rodriqo Bentankur Kristiano Ronaldo ilə ilk tanışlıqları haqqında danışıb. Matç.az saytının məlumatına görə, "Football İtalia"ya danışan uruqvaylı yarımmüdafiəçi ulduz oyunçu ilə ilk dəfə Dç-2014 zamanı görüşdüyünü deyib.

"Onunla ilk dəfə mundialda Uruqvay-Portuqaliya matçından sonra antidopinq mərkəzində qarşılaşdıq. Məni tanıdı və adımla səsləndi. İnana bilmirdim" – deyə Bentankur bildirib.

Uruqvaylı Ronaldo ilə "Yuventus"un məşqində qarşılaşmasını isə belə izah edib: "İlk dəfə məşqdə görəndə düşündüm ki, "vəhşidi". Məşqdə 100% gücünü ortaya qoyur".

Qeyd edək ki, Bentankur 2017-ci ildən "Yuventus"da çıxış edir, Ronaldo isə ötən yay "qoca sinyora"ya qoşulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest