Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu "Neftçi" üçün əlamətdar olub. Matç.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, Bakı klubunun "Sumqayıt"la səfər matçında əldə etdiyi 1:0 hesablı qələbə "ağ-qaralar"ın tarixinə yarışdakı yubiley uğuru kimi düşüb.

Bunadək 89 dəfə qalib gələn paytaxt təmsilçisi 90-cı qələbəsini qeyd edib. Bu göstəricidə ölkə rekordçusu olan "Neftçi" "90"a 157-ci qarşılaşmasında çatıb.

Komandanın hesabında 33 heç-heçə və 34 məğlubiyyət də var. 90 qələbədən 49-u evdə, 38-i səfərdə, 3-ü neytral meydanda əldə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest