Madrid "Real"ı itki ilə üzləşib. Matç.az saytının "Marca"ya istinadən məlumatına görə, yarımmüdafiəçi Marko Asensio sıradan çıxıb.
 
O, klublararası dünya çempionatının yarımfinal mərhələsində "Kaşima" ilə qarşılaşmada (3:1) zədələnib. 60-cı dəqiqədə xəsarət alaraq əvəzlənən 22 yaşlı hücumameyilli oyunçunun ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
 
Qeyd edək ki, Marko Asensio bu mövsüm meydana çıxdığı 16 oyunda 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest