"Neftçi" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Sumqayıt"la cavab oyunundan sonra istirahətə buraxılıb. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda üzvləri gələn il yanvarın 6-da bir araya gələcək.

Ayın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək "ağ-qaralar" həmin gün Türkiyəyə yola düşəcək. Yanvarın 13-dən 27-dək Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən "The Sense De Luxe" otelində məskunlaşacaq bakılılar ayın 18-də "Qaz Metan" (Mediaş, Rumıniya), 23-də isə "Slovan" (Liberes, çexiya) klubları ilə yoxlama oyunu keçirəcək.

Yanvarın 26-dakı rəqibin kimliyi isə bəlli deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest