Mövsümün ilk yarısından sonra "Sabah"dan ayrılan futbolçular müəyyənləşib. Matç.az xəbər verir ki, Topaz Premyer Liqasının debütantı 6 oyunçunun xidmətindən imtina edib.
Bunlar Vitali Kvaşuk, Əlibəy Məmmədli, Elvin Bədəlov, Aydın Bayramov, Tural Qürbətov və ülvi İbazadədi. Futbolçularla olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.