Türkiyə kubokunda 1/8 final mərhələsinin püşkü atılıb. Matç.az saytının məlumatına görə, püşkatma mərasimi Türkiyə Futbol Federasiyasının intizabi binasında keçirilib.

Azərbaycan millisinin üzvü Ufuk Budakın formasını geyindiyi "Boluspor" bu mərhələdə "Qalatasaray"a rəqib olub. "Fənərbaxça", "Trabzonspor" və "Başakşəhər" də aşağı liqa təmsilçiləri ilə qarşılaşacaq.

İki oyundan ibarət olacaq mərhələnin ilk görüşləri 15-17 yanvar, cavab matçları isə 22-24 yanvar tarixlərində oynanılacaq.

 

Türkiyə kuboku

1/8 final cütləri

"Alanyaspor" - "Kasımpaşa"

"Malatyaspor" - "Bodrumspor"

"Kayserispor" - "Akhisar"

"ümraniyespor" - "Fənərbaxça"

"Trabzonspor" - "Balıkesirspor"

"Boluspor" - "Qalatasaray"

"Başakşəhər" - "Hatayspor"

"Antalyaspor" - "Göztəpə"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest