Xorvatiyanın "İstra 1961" klubunun yarımmüdafiəçisi Obenq Reqan Azərbaycanda çıxış edə bilər. Matc.az xəbər verir ki, klublarımızdan biri 26 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.

"Feyenoord Qana"nın yetirməsi olan Obenq, peşəkar karyerasına "Asante Kotoko"da başlayıb. 2012-ci ildə isə o, Serbiyanın "Napredak" (Kruşevaç) klubuna transfer olunub. 2014-2018-ci illər aralığında Serbiyanın digər təmsilçisi "çukariçki"nin uğurları üçün çalışan Reqan, 2017/18 mövsümündə qısa müddət Xorvatiya "İnter"ində (Zapreşiç) icarədə oynayıb. Yarımmüdafiəçi 2018-ci ildən "İstra 1961"in formasını geyinir.

Reqan 2012/13 mövsümündə "Napredak"la Serbiya çempionu olub, 2014/15 mövsümündə "çukariçki"ylə Serbiya kubokunu başı üzərinə qaldırıb. Onunla 2 il öncə  Türkiyənin "Trabzonspor" klubu da maraqlanırdı. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest