Avropanın əksər çempionatlarında qış tətili öncəsi son oyunlar keçirilir. Qitənin "top liqalar"ında da bu axşam növbəti tura start veriləcək. Gecənin oyunu Almaniya bundesliqasında liderlərin görüşü olacaq.  Bundesliqanın iki "Borussiya"sı - Dortmund və Münhenqladbax təmsilçiləri birincilərin meydanında üz-üzə gələcək. Dortmundlular ötən tur sensasion şəkildə autsayder "Fortuna"ya uduzaraq mövsümdə ilk məğlubiyyətini aldı. Buna baxmayaraq "sarı-qaralar" turnir cədvəlində şəriksiz liderliyini davam etdirir. Münhenqladbax "Borussiya"sı adaşından 6 xal geri qalmaqla 2-ci sırada qərarlaşıb. Bu axşam qazanılan qələbə onları liderə bir qədər də yaxınlaşdıracaq. Amma Dortmund klubunun ardıcıl 2 tur uduzması da inandırıcı görünmür. üstəlik onların münhenqladbaxlılar qarşısında aşkar statistik üstünlüyü var: aralarındakı 49 duelin 26-sını məhz dortmundlular qazanıb, yalnız 11 görüşdə  rəqib üstün olub. 2015-ci ildən bu yana keçirilən 6 görüşün hamısını isə istisnasız olaraq "Borussiya Dortmund" qalib gəlib. İki "Borussiya"nın duelinə, liderlərin görüşünə  Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" xüsusi status verib. Proqnozsevərlər qarşılaşmaya həm canlı,  həm də "təkli" mərc edə bilər. Əmsallar: "Borussiya Dortmund"un qələbəsi 1.45, heç-heçə 4.00, "Borussiya Münhenqladbax"ın qələbəsi 4.65.  Dortmunddakı matç "Topaz" bu gün "təkli oyun" statusu verdiyi 4 görüşdən biridir. Digər "təkli oyunlar"dan "Vulverhempton" -"Liverpul" dueli də maraq doğurur. Premyer liqada bu mövsüm uduzmayan yeganə komanda olan "Liverpul" 2 həftədir liderlik kürsüsünü ələ keçirib. Amma ani bir büdrəmə "qırmızılar"a baha başa gələ bilər. 1 xal az toplamaqla 2-ci sırada qərarlaşan "Mançester Siti" "pusqudadır". Bu axşam "Liverpul" Vulverhempton səfərində xal itirərsə, sabah "Siti" "Kristal Pelas"a qalib gəlməklə yenidən zirvəyə yüksələ bilər. Son 3 turda ardıcıl qələbə qazanan "Vulverhemton" da inadkar rəqib kimi tanınır. "Liverpul" bu şəhərə son 2 səfərində 3 cavabsız qolla qalib gəlsə də, "canavarlar" ləqəbini daşıyan "Vulver"in bu dəfə "dişlərini bərk qıcıyacağını" gözləmək olar. "Topaz"ın bu maraqlı qarşılaşma üçün təklif etdiyi əmsallar belədir: "Vulverhempton"un qələbəsi 5.55, heç-heçə 3.75, "Liverpul"un qələbəsi 1.55. 

ümumilikdə "Topaz" bu gün müştərilərinə mərc etmək üçün 66 oyun təklif edir. Onlardan 44-ü canlı mərcə çıxarılacaq. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz. 

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest