"Qış fasiləsindən sonra istədiklərimiz daha yaxşı, sistem şəklində işləməlidi. Fəxr edirəm ki, belə futbolçularla işləyirəm. Mərhələ keçdiyimiz üçün həm komandanı, həm azarkeşləri təbrik edirəm".

"Kubok oyunları fərqli olur. İlk görüşdə səhvlərimiz var idi. Bunu təhlil etmişdik". Matç.az gabalafc.az saytına istinadən xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Sabah"ın qonağı olan "qırmızı-qaralar" ilk görüşdə olduğu kimi, yenə meydanı 1:0 hesablı qələbə ilə tərk edib. Bununla "Qəbələ" adını yarımfinala yazdırıb.

Oyunsonrası mətbuat konfransında Qurbanov bildirib ki, futbolçular cavab matçına məsuliyyətlə yanaşıblar: "Demək olar ki, səhvsiz oynadıq. Yaxşı futbol oynayıb qalib gəldik. Topa nəzarət bizdə idi. Komandamız daha çox qol imkanı yaratdı. Qış fasiləsindən sonra istədiklərimiz daha yaxşı, sistem şəklində işləməlidi. Fəxr edirəm ki, belə futbolçularla işləyirəm. Mərhələ keçdiyimiz üçün həm komandanı, həm azarkeşləri təbrik edirəm. Komandama inanıram. Nəyinsə üzərində işləyəndə və inkişafı görəndə inamlı danışmaq mümkündü. Qış fasiləsindən sonra daha çox qələbə qazanmalıyıq ki, rəqiblərimizə çataq. Bunun üçün çox çalışmalıyıq. Qarşıda zamanımız da var. İlk yarıdan sonra rəqiblərlə aramızda böyük xal fərqi olmadığı və qarşıda yarım mövsümün qaldığını nəzərə alsaq, hədəfimiz ilk "üçlüy"ə düşməkdi. Həm çempionat, həm kubokda sonadək mübarizə aparacağıq".

Qeyd edək ki, "Qəbələ" yarımfinalda "Keşlə" - "Qarabağ" cütünün qalibi ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest