"Atletiko"nun müdafiəçisi Filipe Luisin İtaliyaya köçmək ehtimalı artır. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, Braziliya millisinin üzvü bu ölkədən növbəti təklifini alıb.

Belə ki, "Milan" və "İnter"dən sonra "Yuventus" da 33 yaşlı oyunçuya "elçi düşüb". Madrid klubu ilə yeni müqavilədə ortaq məxrəcə gələ bilməyən "sambaçı" daha uzunmüddətli sözləşmə bağlayacağı kluba keçmək niyyətindədi. Aleks Sandro ilə vidalaşmağa hazırlaşan "qoca sinyora" da yayda bu boşluğu məhz onun həmyerlisi ilə doldurmaqda maraqlıdı.

Qeyd edək ki, Filipe Luisin "Atletiko" ilə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, o, yanvarın 1-dən etibarən istənilən klubla anlaşa bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest