Bu gün FİFA-nın 2018-ci il üçün son reytinq siyahısı açıqlanıb. Matç.az xəbər verir ki, Azərbaycan yığması Qurban Qurbanovun rəhbərliyi altında 12 oyun keçirdiyi ili dünyanın 107-ci komandası kimi başa vurub.

Düzdü il ərzində yığmamız 105-ci yerə də qalxıb. Lakin yay aylarında müşahidə olunan bu yüksəliş uzunmüddətli olmayıb. İl ərzində hətta 127-cı sıraya qədər enən komanda sonda bundan 20 addım yuxarıda qərarlaşıb. Millinin son üç aydakı mövqeyi isə sabit qalıb.

Millimiz 2018-ci ilin FİFA reytinqində

ay

yer

Yanvar

118

Fevral

119

Mart

127

Aprel

126

May

126

İyun

105

Avqust

105

Sentyabr

108

Oktyabr

107

Noyabr

107

Dekabr

107

Azərbaycan FİFA reytinqinə 1994-cü ildə daxil olub. Millimiz özünün buradakı yubiley – 25-ci ilini tamamlayıb.

Komandamızın əvvəlki illərin yekun siyahıdındakı nəticələrinə baxsaq, tarixin 6-cı göstəricisinin qeydə alındığını görərik. Milimiz yalnız 5 ili daha yüksək pillədə başa vurub.

Rekord 2016-cı ildə yaşanıb. Həmin vaxt milli 90-cı olub. 2013, 1999, 2010 və 1998-ci illəri də ilk "100-lük"də tamamlamaq mümkün olub.

Yığmamızın "100-lük"dən kənardakı ən yaxşı, ümumilikdə 6-cı göstəricisi isə bu ilə təsadüf etdi.

Qeyd edək ki, ən pis nəticə 1994-cü ildə qeydə alınıb. Komandamız ilk ili 147-ci sırada tamamlayıb.

Millimiz FİFA reytinqində ilin yekununda

il

yer

1994

147

1995

141

1996

125

1997

123

1998

99

1999

97

2000

115

2001

113

2002

113

2003

119

2004

113

2005

114

2006

125

2007

115

2008

134

2009

114

2010

98

2011

112

2012

118

2013

94

2014

135

2015

117

2016

90

2017

117

2018

107

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest