Yarımmüdafiəçi Rəşad Eyubov yola salınıb. Klub onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyini bəyan edib.

"Neftçi" qış fasiləsi yaranan kimi, heyətində təmizləmə işlərinə başlayıb. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisində artıq ilk ayrılıq reallaşıb.

Belə ki, yarımmüdafiəçi Rəşad Eyubov yola salınıb. Klub onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyini bəyan edib. 26 yaşlı oyunçu karyerasını "Sabah"da davam etdirməyə yaxındı.

Qeyd edək ki, Rəşad Eyubov bu mövsüm "Neftçi"nin heyətində 6 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest