Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, 2018-ci ilin son siyahısında dünyanın 211 yığması yer alıb.

Sonuncu dəfə üç həftə öncə açıqlanan siyahı ilə müqayisədə cədvəldə ciddi dəyişikliklər yaşanmayıb. Bunun da səbəbi hesabat dövründə milli komanda səviyyəsində oyunların sayının minimuma bərabər olmasıdı.

Son 21 gündə heç bir matça çıxmayan Azərbaycan milisinin də xal hesabı və mövqeyi dəyişməz qalıb. 1206 xala malik yığmamız ili dünyanın 107-ci komandası kimi başa vurub.

Millimiz və "qonşuları"

103 (103). Haiti – 1219
104 (104). Liviya – 1217
105 (105). Keniya – 1210
106 (106). Madaqaskar – 1209
107 (107). Azərbaycan – 1206
108 (108). Niger – 1205
109 (109). KXDR – 1196
109 (109). İordaniya – 1196
111 (111). Namibiya - 1191

Yığmamızın AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərinin yerləri və xal hesabları dəyişməyib. Xorvatiya ilk, Uels 2-ci, Slovakiya isə 3-cü "onluq"da qərarlaşıb. Nisbətən zəif olan Macarıstan yenə 51-cı sıradadı.

Millimizin rəqibləri

4 (4). Xorvatiya – 1634
19 (19). Uels - 1525
27 (27). Slovakiya - 1483
51 (51). Macarıstan - 1412

Dünyanın ən güclü 10 komandasının siyahısında heç bir dəyişiklik baş verməyib. Planetin nəhəngləri həm xal hesablarını, həm də mövqelərini qoruyub.

İlk "onluq"

1 (1). Belçika – 1727
2 (2). Fransa – 1726
3 (3). Braziliya – 1676
4 (4). Xorvatiya – 1634
5 (5). İngiltərə - 1631
6 (6). Portuqaliya – 1614
7 (7). Uruqvay – 1609
8 (8). İsveçrə - 1599
9 (9). İspaniya – 1591
10 (10). Danimarka – 1589

Qeyd edək ki, qonşu Türkiyə millisi 1443 xalla siyahıda 39-cu yerdə qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest