PSJ-nin yarımmüdafiəçisi Adrien Rabyo "Barselona"nın formasını geyinəcək. Matç.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, 23 yaşlı futbolçu gələn yay Kataloniya klubuna qoşulacaq.

PSJ ilə yeni müqavilə bağlamaqdan imtina edən Fransa millisinin üzvü əsas komandadan uzaqlaşdırılıb. Yanvar ayında "Barselona"nın futbolçu ilə anlaşdığını elan etməsi gözlənilir.

Qeyd edək ki, Adrien Rabyonun PSJ ilə müqavilə müddəti cari mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest