Fransanın "Nitsa" klubu baş məşçqisi Patrik Vieyranı istefaya göndərib.
 
Matc.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Komanda onun köməkçilərindən biri – Rumıniyadan olan Adrian Urseaya tapşırılıb.
 
Qeyd edək ki, Vieyra 2018-ci ildən "Nitsa"nı çalışdırırdı. Komanda onun rəhbərliyi altında bu mövsüm çıxdığı 11 oyunda 17 xal toplayıb. Liqa 1-də 11-ci sırada qərarlaşan komanda son olaraq Avropa Liqasında Almaniya "Bayer"inə 2:3 hesabıyla uduzub. Məhz bu məğlubiyyətdən sonra klub rəhbərliyi onunla vidalaşmağa qərar verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest