İtaliyanın “Kalyari” klubunun hücumçusu Adam Unas koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə 24 yaşlı futbolçunun COVİD-19 testinin müsbət çıxdığı diqqətə çatdırılıb. O, dərhal karantinə alınıb və nəzarətə götürülüb.
 
Komandanın digər futbolçularının test nəticələri mənfi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest