Türkiyənin "Ərzurumspor" klubunun yeni baş məşqçisi rəsmən açıqlanıb.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisinin "sükan"ı Hüseyn çimşirə tapşırılıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.
 
çimşir son olaraq "Trabzonspor"u çalışdırırdı.
 
"Ərzurumspor" Super Liqada 9 oyuna topladığı 9 xalla 17-ci sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest