Mərasimdə “dördlər finalı”na vəsiqə qazanmış A Liqasının qrup qalibləri - İtaliya, Belçika, Fransa və İspaniya yığmaları yarımfinaldakı rəqiblərini tanıyıblar

Futbol üzrə UEFA Millətlər Liqasının final mərhələsinin püşkü atılıb.
 
Matc.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə 2020/21 mövsümündə A liqasında qrup qalibi olan 4 komanda yarımfinal cütləri təşkil edib.
 
2021-ci ilin oktyabrında İtaliyada baş tutacaq həlledici raundun ilk oyununda meydan sahibinin yer aldığı cüt qüvvəsini sınayacaq. Bu görüş ayın 6-da keçiriləcək.
 
Ertəsi gün digər yarımfinal oyunu təşkil olunacaq. Oktyabrın 10-da isə 3-cü yer uğrunda qarşılaşma və final oynanılacaq.
 
Xatırladaq ki, turnirin ilk qalibi Portuqaliya olub.
 
UEFA Millətlər Liqası
Yarımfinal
 
6 oktyabr
İtaliya - İspaniya
 
7 oktyabr
Belçika - Fransa
 
10 oktyabr
3-cü yer uğrunda oyun
Final

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest