Beyin sarsıntısı keçirən 34 yaşlı fransız legionerə ilk yardımı komanda yoldaşı Sebastyan Koates edib. Öncə meydanda ilkin tibbi yardım göstərilən Salin ardından xəstəxanaya aparılıb və hazırda orda müalicə olunur.

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sportinq"in qapıçısı Romen Salin xoşagəlməz halla üzləşib. Matç.az xəbər verir ki, Portuqaliya çempionatının VII turunun "Portimonensi" ilə səfər matçının 45-ci dəqiqəsində qolkiperin başı qapı dirəyinə dəyib.

Beyin sarsıntısı keçirən 34 yaşlı fransız legionerə ilk yardımı komanda yoldaşı Sebastyan Koates edib. öncə meydanda ilkin tibbi yardım göstərilən Salin ardından xəstəxanaya aparılıb və hazırda orda müalicə olunur.

Qeyd edək ki, "Sportinq" həmin görüşdə 2:4 hesabı ilə uduzub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest