Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"ın qonağı olacaq "Makkabi" (Təl-Əviv) oyuna itkilərlə çıxacaq. Matc.az xəbər verir ki, cəzalı olduğu üçün Enrik Saborit matçı buraxacaq. İspaniyalı müdafiəçi "Vilyarreal"la oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb.
 
Bundan başqa, İsrail mətbuatı "Vilyarreal"la oyunda zədələnən yarımmüdafiəçi Dan Qlazerin də Ağdam klubu ilə görüşdə iştirak edə bilməyəcəyini yazıb.
 
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" – "Makkabi" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest