"Napoli" İtaliya A Seriyasının 9-cu turu çərçivəsində bu gün "Roma"nı qəbul edəcək.
 
Matc.az xəbər verir ki, Neapol klubu bu oyunda yeni – dördüncü formadan istifadə edəcək.
 
Bu forma bir neçə gün əvvəl vəfat edən Dieqo Maradonanın xatirəsinə hörmət əlaməti olaraq hazırlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bu forma Argentina millisinin formasından ilham alınaraq hazırlanıb.
 
"Napoli"nin texniki sponsoru "Kappa" şirkətidir.
 
Maradona 1984-1991-ci illərdə "Napoli"də forma geyinib.
 
"Napoli" – "Roma" oyunu saat 23:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest